Ana səhifə
15 Noyabr 2018

"Həyatla oyun" tamaşasının kollektivi qastrol səfərdə...

Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.

Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası fevralda  Bakı şəhərinin rayonlarında, Abşeron və Sumqayıt şəhərində nümayiş olunub. Mart ayının ilk həftəsində isə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə 7 rayona qastrol səfərinə yollanıb. Tamaşa artıq- Hacıqabul, Sabirabad, İmişli, Saaatlı, Beyləqan raayonlarında uğurla  nümayiş olunub. Kollektiv artıq Astaravə  Lerik rayonunda qastrol səfərindədir.

Tarix
5 Mart 2015 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin