Məktəblərdə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

11:55 - 22 Oktyabr 2021 - Cəmiyyət

İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə Nazirlikləri birgə məlumat yayıb.

"I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib", - məlumatda bildirilib.

Xəbər xətti