Saakaşvilinin həbsxanadan fotosu yayıldı

17:34 - 21 Oktyabr 2021 - DÜNYA

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxanadan ilk fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən foto Saakaşvilinin rəsmi feysbuk hesabında paylaşılıb.

“Mixail Saakaşvili onu dəstəkləmək üçün Rustavi həbsxanasının yanında toplanmış tərəfdarlarını salamlayır”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili oktyabrın 1-i saxlanılıb və 12 saylı Rustavi həbsxanasına göndərilib.

Xəbər xətti