"Yoluxma sayının artması bizi də narahat edir" - Təyyar Eyvazov

“Hər gün yoluxma sayının artması bizi də narahat edir. Fəsil dəyişimində artımın olacağını proqnozlaşdırmışdıq”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisi bildirib ki, yoluxma hallarının artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir: “Həmçinin səbəblərdən biri də kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Ona görə də otağın havasının mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.

O qeyd edib ki, məktəblərdə uşaqların heç biri peyvənd almayan qrupdur: “Artım olan kimi insanlar maska taxmağa önəm verir. Vaksinasiya proesinə sürətlə getməliyik. Xəstəxanalarda çarpayı yerinin boş olub-olmaması əsas göstəricilərdən biridir. Başqa vaxt qrip epidemiyası zamanı yoluxma sayı əhəmiyyət daşımırdı. Bir müddətdən sonra əsas olaraq xəstəliyi ağır keçirmək məsələsi gündəmdə olacaq”.

Tarix
20 Oktyabr 2021 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 15:24:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin