Lavrov Moskvada Taliban nümayəndələri ilə görüşüb ​​​​​​​

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Talibanın nümayəndə heyəti ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN başçısı Əfqanıstanla Moskva formatının iclasında bildirib.

Lavrov taliblərlə Əfqanıstanda vətəndaşlarının hüquq və azadlıqlarına riayət edilməsini müzakirə etdiyini və onları ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə edilməməsinə dair verdiyi vədləri yerinə yetirməyə çağırdığını söyləyib.

Nazirin sözlərinə görə, Əfqanıstanda davamlı sülhə nail olmağın açarı, əhalinin ən geniş təbəqələrinə söykənən inklüziv hökumətin qurulmasıdır: "Xalq kütləsinin dəstəyi düzgün sosial siyasət və vətəndaşların əsas hüquq və azadlıqlarına riayət etməklə bağlıdır. Taliban nümayəndə heyəti ilə bunu ətraflı müzakirə etdik".

Tarix
20 Oktyabr 2021 [18:01]
Müəllif
Üç nöqtə
2021-10-20 18:01:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin