Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST

13:01 - 20 Oktyabr 2021 - DÜNYA

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb:

"Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2 763 957 nəfər yoluxub, 46 140 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə müvafiq olaraq 4 və 2 faiz azdır".

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 197 ölkədə, "Delta" ştammı 193 ölkədə, "beta" ştammı 145 ölkədə, "qamma" ştammı isə 99 ölkədə qeydə alınıb.

Xəbər xətti