Bakı metrosunda gediş haqqı artırılır? - AÇIQLAMA

20:44 - 18 Oktyabr 2021 - Xəbər

“”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma tarifinin artırılması və ümumiyyətlə, qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.

Ucnoqta.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, son dövrlər, xüsusilə də son 2 ildə digər sahələrdə müəyyən qiymət artımı baş verdikdə, nədənsə “Bakı Metropoliteni”nin gediş haqqı məsələsi də gündəmə çıxarılır: “”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı qiymətlərinin tənzimlənməsi məsələlərinə yalnız Tarif Şurası baxır, qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətləri çərçivəsindədir”. /// Konkret.az

Xəbər xətti