Ana səhifə
19 Sentyabr 2018

Artur Rəsizadə xarici qonaqları qəbul edib

Oktyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” beynəlxalq konfransın nümayəndələri ilə görüşüb.
"Ucnoqta.az" xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Əfqanıstanın nəqliyyat nazirlərinin, habelə Ukrayna, Belarus, Litva, Xorvatiya, Qazaxıstan və digər respublikaların müvafiq qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşü giriş sözü ilə açan Azərbaycanın Baş naziri son illər respublikamızın əldə etdiyi iqtisadi uğurlardan danışaraq, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrin, o cümlədən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bir çox ölkələrin iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin ümumən regionun geosiyasi xəritəsində oynadığı mühüm rola toxunan Baş nazir, daha sonra qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, Ermənistanın təcavüzkar niyyətlərinin regional əməkdaşlıq və birgə layihələrin icrası üçün maneə olduğunu nəzərə çatdıraraq, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.
Görüşdə çıxış edən qonaqlar regional əməkdaşlığın inkişafı və nəqliyyat infrastrukturunun yeniləşməsi baxımından Bakı konfransının xüsusi əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini dəstəklədiklərini, bu layihənin Avrasiya məkanında sərnişin və yük axınının sürətli və təhlükəsiz hərəkətini təmin edəcəyini, dəmiryolu şəbəkələri ilə səmərəli inteqrasiya üçün əhəmiyyətli olacağını bildiriblər.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
16 Oktyabr 2014 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin