Ana səhifə
20 Noyabr 2018

Dövlət proqramları kənd təsərrüyfatının davamlı inkişafını təmin edib

Regionlarda əhalinin məşğulluğunu artırıb

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən əvvəlki iki dövlət proqramları qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradıb. Müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq istiqamətində uğurlu nəticələrin əldə olunmasına imkan verib. Artıq üçüncü dövlət proqramının qəbul edilməsindən bir il keçib.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 5 ildə möhkəm siyasi stabilliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib. Yeni Proqramın əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir. Regionlarda istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komlekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçirilir. Dövlət aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə hesab edir. Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır və buna görə də, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verir. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin artırılması, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin yaradılmasının davam etdirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması əsas tətdbirlərdən hesab olunur. Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının bazarlara çıxış imkanlarının artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi də əsas prioiritetlərdən biridir.

Bu istiqamətdə görülən işlər isə regionlarda kənd təsərrüfatının inkişafına stimul verib. Dövlət proqramının həyata keçirilməsinin birinci ilində aqrar sektorda uğurlu nəticələr əldə olunub. Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib.

Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırıb.

2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. 2014-cü ildə son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilib.

Nəzərdə tutulan dövrdə ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz azalıb, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalıb. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir.

 

Məlum olduğu kimi, istehsalın intensivləşdirilməsi müasir dövrdə qlobal inkişafın əsas istiqamətini təşkil edir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən son onilliklər ərzində dünya üzrə əkin sahələri 9 faiz artdığı halda, bitkiçilik məhsullarının həcmi 2,3 dəfə, dünya üzrə mövcud mal-qaranın sayı 26 faiz artdığı halda, süd istehsalı 61 faiz artıb. Ölkəmizdə də son 10 ildə eyni tendensiyanın saxlanılması aqrar siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının intensiv metodlarla inkişafının stimullaşdırılması üçün dəfələrlə verdiyiniz tapşırıqların, eləcə də bu istiqamətdə imzaladığınız fərman və sərəncamların məntiqi nəticəsidir.

 

Məhz bunların nəticəsidir ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olub, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

 

Kənd təsərrüfatının inkişafında bu sahəyə tətbiq olunan güzəştlər də önəmli rol oynayıb. Kənd təsərrüfatı işçilərinin dövlətin bu sahəyə qayğısını yüksək qiymətləndirməklə bərabər, müasir kənd təsərrüfatı texnikasının dəyərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, alınmış texnika ilə bağlı yaranmış borcların müəyyən hissəsinin dövlət hesabına ödənilməsi, mineral gübrələrin satış qiymətinə tətbiq edilən dövlət güzəştinin həcminin artırılması arzusu da dövlət başçısı tərəfindən diqqətə alınıb. Prezidentin göstərişi əsasında kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilib. Bütün bunlar isə kənd təsərrüfatına göstərilən sistemli dövlət qayğısının əhəmiyyətli dərəcədə artması ilə bərabər, hətta dünyada belə güzəştlərin azaldığı bir zamanda Sizin onların yanında olduğunuzu və Azərbaycan iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir. 

Tarix
5 Mart 2015 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin