Almaniyada helikopter qəzaya uğrayıb

00:19 - 18 Oktyabr 2021 - DÜNYA

Almaniyanın Baden-Vürtemberq federal torpağında helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinə istinadən "Bild" qəzeti xəbər verib.

İlkin məlumata əsasən, helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Xəbər xətti