ABŞ-da polis üç nəfəri güllələyərək öldürüb

23:34 - 17 Oktyabr 2021 - DÜNYA

ABŞ-ın Arkanzas ştatında özünü bıçaqla silahlanmış şəxsdən müdafiə edən polis əməkdaşı ən azı üç nəfəri güllələyərək öldürüb.

“Report” xəbər verir ki, hadisə ştatın ikinci böyük şəhəri olan Fort Smitdə baş verib.

Qeyd olunub ki, hazırda polis zabiti xəstəxanaya yerləşdirilib və əməliyyat olunur.

Polis hadisənin təfərrüatlarını açıqlamayıb.

Xəbər xətti