Ana səhifə
18 Sentyabr 2018

Hacıqabulun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir

Burada kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi üçün böyük imkanlar var

 

“Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər”. Dövlət başçımızın uzaqgörənliklə söylədiyi bu fikir günümüzün reallığına çevrilib.

Məlum olduğu kimi yanvar ayının 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda Respublika Prezidenti cənab İlham Əliyev çıxış edərək ötən bir ildə görülmüş işlər, həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verərək ölkədə sabitliyin və inkişafın hökm sürdüyünü diqqətə çatdııb. Dövlət başçı əmin olduğunu bildirib ki, üçüncü Dövlət Proqramı da uğurla icra olunacaq bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaqdır. Dövlət proqramının uğurla həyata keçirilməsində Hacıqabul rayonun da öz payı var. Rayonda proqramın icrasının 1-ci ilinin yekunları göstərir ki, onun inkişafı üçün böyük potensial var. Məlum olduğu kimi rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və burada kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi üçün böyük imkanlar var. O cümlədən pambıqçılığın inkişafı.  Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, pambıq strateji məhsuldur, o sahibkarlıq fəaliyyəti üçün də faydalıdır. «Əfsuslar olsun ki, son illərdə mülkiyyətçilər pambıq kimi qiymətli bitkinin yetişdirilməsindən yayınır və əsas kimi onun satış qiymətinin aşağı olmasını, maya dəyərinin isə baha başa gəlməsini göstərirlər. Onların bu fikrində həqiqət var. Lakin mütəxəssis hesablamaları göstərir ki, 10 hektar və daha artıq sahələrdə pambıq məhsulunun normal qaydada becərilməsi mülkiyyətçiyə kifayət qədər yaxşı gəlir əldə etməyə imkan verir»,- o deyib.

Onun sözlərinə görə, bəzi hallarda mövcud əkin sahələrindən səmərəli istifadə olunmur. Torpaqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilmir: « Bir çox hallarda əkinlərə kifayət qədər mineral və üzvi gübrələr verilmir. Məhsuldarlığın artırılmasında və torpaqların münbitləşməsində mühüm amil olan əkinçilik mədəniyyətinə, xüsusi ilə növbəli əkin sisteminə əməl edilməsi gözlənilmir».

2014-cü ildə rayonda qeydə alınmış sənaye müəssisələrinin gücü ilə 3.969,3 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu müddətdə sənayedə işləyənlərin sayı 878 nəfər olub. Sahədə hər nəfərə düşən orta aylıq əmək haqqı 261,4 manat olub. 2014-cü ildə rayon sakinlərinə 24.572,3 min manatlıq pullu xidmətlər göstərilib. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 345 manat olub. Ötən il əhaliyə 2.881,8 min manatlıq nəqliyyat xidmətləri, 526,3 min manatlıq rabitə xidmətləri göstərilib. Rayon əhalisinə göstərilən telefon xidmətini təmin etmək üçün 6219 nömrə tutumuna malik 16 ATS fəaliyyət göstərib. Qovşaq illik gəlir planına 103 faiz əməl edilib. Hesabat dövründə Qızılburun kəndində 128 nömrə tutumlu EATS istifadəyə verilib. Muğan qəsəbəsində EATS binası əsaslı təmir olunmaqla stansiyanın tutumu 208 nömrə artırılaraq 464 nömrəyə çatdırılıb. Navahı qəsəbəsi, Abdulabad kəndi, Udullu İƏD üzrə kəndlər də telefonlaşdırma işi davam etdirilib. Rayonda telefon nömrələrinin sayı 450 nömrə artırılıb. 2013-cü ilə nisbətən poçt və rabitə xidmətlərinin həcmi 24,3 faiz artıb. Rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 236 min ton yük, 5,1 milyon sərnişin daşınıb

«Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri daha geniş vüsət alıb. 2014-cü ildə rayonda 40.129,2 min manatlıq əsas fondlar istifadəyə verilib, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 53.358,2 min manatlıq investisiyalar yönəldilib. 2014-cü ildə rayonda 38,5 min kv.metr yaşayış sahəsi istifadəyə verilib. Ümumiyyətlə rayonda qeydiyyatdan keçmiş 6 tikinti təşkilatının gücü ilə 2,813,7 min manatlıq tikinti quraşdırma işləri görüüb»,- icra başçısı bildirib.

Rayonda təhsilə də önəm verilib. 2014-cü ildə Heydər Əliyev fondu hesabına şəhərdə 440 şagird yerlik, Navahı qəsəbəsində 220 şagird yerlik, həmçinin dövlət vəsaiti hesabına 220 şagird yerlik şəhər 2 saylı, 80 şagird yerlik Ağacanlı kənd tam orta məktəbləri üçün binalar tikilib istifadəyə verilib. Heydər Əliyev fondunun hesabına şəhərdə inşa olunan 100 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Görülən bu işlər təhsilin keyfiyyətinin artırılmasına  xidmət edir.

Rayonda idmanın inkişaf etdirilməsi istiqamətində görülən işlər də diqqət çəkir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə daxili imkanlar hesabına sahəsi 800 kv.metr olan əl oyunları meydançası və Yunan-Roma və sərbəst güləş növləri ilə məşğul olmaq üçün idman zalının tikintisi başa çatdırılıb. Daxili imkanlar hesabına inşa edilən 450 yerlik təbii ot örtüklü stadionun tikintisi isə yekunlaşmaq üzrədir. Stadion istifadəyə verildikdən sonra burada müxtəlif yarışlar təşkil olunacaq, rayon sakinləri onun xidmətindən səmərəli istifadə edə biləcək. Qızılburun kəndi yaxınlığında salınmış 101 fərdi yaşayış evindən ibarət olan yeni qəsəbə bir neçə aydır ki, istifadəyə verilib. Meyniman kəndi ərazisində Axista türkləri üçün 15, Navahı qəsəbəsində 17 fərdi ev tikilib.

İcra başçısı bildirib ki, şəhərin qərb hissəsində Gilan Seramik parkının yeni sənaye zavodunun tikintisində işlər davam etdirilir. Şəhərdə kanalizasiya və su xəttinin çəkilişi ilə bağlı küçələrin qazılması ilə bağlı yaranan müvəqqəti çətinliklər bir sıra sakinlərdə narahatlıq yaratmışdır. İcra Hakimiyyəti əhalinin müraciətlərini imkan daxilində nəzərə alaraq gediş-gəliş üçün çətinlik yaradan bir sıra küçələrdə təmir işləri aparılıb. M.Əsədov küçəsinə bütünlüklə, İsmət Qayıbov küçəsinin bir hissəsinə asfalt döşənib. Şəhərin Əliağa Vahid küçəsində 1402 kv.metr, B.İbrahimov küçəsində 2624 kv.metr, İsmət Qayıbov küçəsindən “Kapital bank”a gedən avtomobil yoluna 1100 kv.metr sahə olmaqla cəmi 5126 kv.metr sahəyə 6 sm qalınlığında asfalt-beton qarışığından örtük döşənib. Mehdi Hüseynzadə küçəsində 1000 ədəd şam ağacı əkilib, həmin yaşıllıq zolağını mühafizə etmək məqsədi ilə 1100 pm metal hasar çəkilib, 1167 metr yararsız səki daşlarının sökülməsi və yeni beton səki daşlarının düzülməsi, mişar daşından 864,4 kv.metr 20 sm qalınlığında divarın hörülməsi, 1750,7 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi, Ə.Vahid küçəsində 433,5 metr yararsız səki daşlarının sökülməsi, 630 metr beton səki daşlarının düzülməsi, piyada hərəkət hissəsinin 73,4 kub.metr qum-çınqıl qarışığı ilə doldurulması, 800 kv.metr səkiyə xırda dənəli asfalt-betondan 3 sm qalınlığında örtüyün qoyulması, M.Əsədov küçəsində 18 ədəd köhnə işıq dayaqlarının sökülməsi, Bayraq meydanında mişar daşından 210 kv.metr 40 sm qalınlığında divarın hörülməsi, 311,4 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi təşkil olunub.

Tarix
5 Mart 2015 [12:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin