Ana səhifə
17 Noyabr 2018

Musiqili Teatrda Elçinin əsərinin müzakirəsi olub

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin hazırda məşqləri gedən “Baladadaşın toy hamamı” musiqili komediyasının (bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi Novəl Vəliyev, şeirlərin müəllifi Vüqar Əbdulov) səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. Ə. Lalayev qeyd edib ki, “Baladadaşın toy hamamı” əsəri ümumilikdə, Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır. Sonra tamaşanın quruluşçu-rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məluumat verib. Tamaşanın quruluşçu rəssamı, “Şöhrət” ordenli Cənnət Səlimova, direktor müavinləri Elxan Ocaqov, Hüseyn Hüseynov, tamaşanın liberotto müəllifi, əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Xalq rəssamı Tahir Tahirov tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.

Tarix
5 Mart 2015 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin