Oktyabrın 16-da azad olunmuş ərazilər

00:33 - 16 Oktyabr 2021 - Xəbər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Oktyabrın 16-da Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Xəbər xətti