Aeroport yolunda mikroavtobus qəza törədib - Foto

00:27 - 16 Oktyabr 2021 - HADİSƏ

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.


Xəbər xətti