Moskva metrosunda YENİLİK: "Üz tanıma sistemi ilə ödəniş" oldu - VİDEO

19:47 - 15 Oktyabr 2021 - DİGƏR

Rusiyanın paytaxtı Moskvada metro stansiyalarında üz tanıma üsulu olan "Face Pay" ödəniş sistemi istifadəyə verilib. 

Moskva Bələdiyyəsi tərəfindən qurulan "Face Pay" adlı yeni sistemə görə, sərnişinlər metro girişində "Troika" adlanan metro minik kartlarından istifadə etmək əvəzinə üzlərini göstərərək metroya minməyə başlayıblar. 

Bələdiyyənin təqdim etdiyi sistemə görə, sərnişinlər tətbiq vasitəsilə üzlərini tanıdaraq sistemə daxil ola bilərlər. 

Belə ki,  insanlar metroya minərkən üzlərini göstərən kimi, "metroya minmə haqqı" sərnişinlə əlaqəli bank hesabından avtomatik olaraq silinir. Bu gün tətbiq edilən üz tanıma üsulu ilə ilk 20 dəqiqədə 9 min adam qeydiyyatdan keçərək tətbiqdən istifadə etməyə başlayıb. 

 


​///unikal

Xəbər xətti