Ana səhifə
20 Sentyabr 2018

Goranboyda 7 nəfərin öldürüldüyü olayla bağlı YENİ XƏBƏR

Goranboyun Səfikürd kəndində 7 nəfərin öldürüldüyü hadisədə yaralananlardan biri Bakıya gətirilib.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə Lent.az-a Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı Günel Məmmədova ayağından əməliyyat olunması üçün Bakıdakı Travmotologiya İnstitutuna göndərilib. Digər yaralı, 28 yaşlı Natiq Məmmədov isə 3 gün əvvəl evə buraxılıb. Baş həkim hər iki xəstənin vəziyyətini normal qiymətləndirib.

 

Qeyd edək ki, oktyabrın 1-də Səfikürd kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R. Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qaynını çağırıb. Evdən R. Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R. Hüseynov qaynına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R. Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Tarix
16 Oktyabr 2014 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin