Türkiyədə İranın casus şəbəkəsi ifşa olundu - VİDEO

Türkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub.

Milli İstihbarat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində ikisi İran vətəndaşı olmaqla səkkiz nəfər saxlanılıb.

Onlar iranlı keçmiş hərbçini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.

Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə yalnız indi məlumat verilib.

Bildirilib ki, İran vətəndaşları 30 dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb. Əməliyyata yardım üçün hərbçinin həyat yoldaşına 10 min dollar təklif edilib, imtina edəcəyi halda xanım İrandakı ailə üzvlərinə zərər veriləcəyilə təhdid olunub.///oxu.az

 

Tarix
13 Oktyabr 2021 [21:58]
Müəllif
Üç nöqtə
2021-10-13 21:58:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin