Ana səhifə
10 Dekabr 2018

Ordunun döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Ucnoqta.az”ın məlumatına görə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə müəyyən olunmuş qrafikə uyğun Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Keçirilən yoxlama zamanı şəxsi heyətin və döyüş texnikasının vəziyyətinə, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran döyüş tapşırıqlarının yerinə yetirilməsinə diqqət yönəldiləcək.

Plana əsasən şəxsi heyətin, döyüş və avtomobil texnikasının, silah və sursatın, maddi-texniki təminat vasitələrinin yerdəyişməsinə hazırlıq, uzaq məsafəyə marş imkanları, hərtərəfli təminatı, sutkanın müxtəlif vaxtlarında və real iqlim şəraitində kolonlarla hərəkətdə qarşılıqlı əlaqə və idarəetmə bacarıqları, təyin olunmuş rayonlarda gizli yerləşmə, növbəti döyüş tapşırığının yerinə yetirilməsi üçün tam hazırlıq vəziyyətində olma imkanları yoxlanılacaq.

 

Tarix
16 Oktyabr 2014 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin