Azərbaycanda bu torpaqlara çıxarış verilməsi üçün rüsum tutulmayacaq

“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Bu, Milli Məclisin 15 oktyabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.///apa

Tarix
13 Oktyabr 2021 [13:35]
Müəllif
Üç nöqtə
2021-10-13 13:35:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin