Qəzada ölən və yaralananların çoxu piyadadır - BNA

Yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən idarəetmədən çıxan yük avtomobili hərəkətdə olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusa çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər, eyni zamanda ərizdə olan piyadalar arasında həlak olan və xəsarat alanlar var.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib:
"İlkin məlumata görə, 5 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb. Daha ətraflı müvafiq qurumlar tərəfindən açıqlama veriləcək.

Bizdə olan məlumata görə, səhər saatlarında şəhərdən Mərdəkan istiqamətində güclü sərnişin axını olmadığından avtobusda elə də çox sərnişin olmayıb. Xəsarət alan və həlak olanların çoxu ərazidə olan piyadalar arasında qeydə alınıb".

Tarix
13 Oktyabr 2021 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-13 11:53:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin