Bakıda meyvə-tərəvəz bazasında yanğın olub - FOTO/VİDEO

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yeddi texnika və xeyli sayda canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.///Apa

Tarix
13 Oktyabr 2021 [09:55]
Müəllif
Üç nöqtə
2021-10-13 09:55:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin