Ana səhifə
15 Noyabr 2018

Vətənpərvərliyin təbliği teatr tamaşalarında

 

Ramiz Novruz: «Vətənpərvərlik mövzusunda tamaşalar tez-tez hazırlanmalı və təbliğ edilməlidir»

 

Məryəm Əlizadə: «Ola bilməz ki, əsər yazan hər hansı yazıçı vətənpərvərlik hissindən məhrum olsun»

 

 

Hər bir xalqın tarixini yaşatmaq və gənc nəslə çatdırmaq üçün müxtülif vasitələrlə yanaşı, filmlər çəkib, tamaşalar da hazırlayırlar. Çünki vətənpərvər ruhu gənc nəslə aşılamaq və təbliğ etmək baxımından ekran və səhnə əsərlərinin rolu böyükdür. Ümumiyyətlə, bu gün vətənpərvərlik mövzusnda tamaşaların hazırlanması nə dərəcədədir?

Xalq artisti Ramiz Novruz “Üç nöqtə”yə bildirdi ki, teatrlarda vətənpərvərlik mövzusunda tamaşalar tez-tez hazırlanmalı və təbliğ edilməlidir: “Teatrın repertuarında vətənpərvər mövzulu tamaşalar var və bu tipli tamaşalar böyük təbliğata çevrilməlidir. Tarixi hadislərimizi, faciələrimizi gənc nəslə çatdırmalıyıq. Teatrlarda bu təşəbbüslə daha çox tamaşalar hazıralanmalı və filmlər çəkilməlidir. Çeçenistan və Rusiya arasında müharibə olan zaman çeçenlər bu müharibə haqqında 20-yə yaxın film çəkmişdilər. Bizim problemimiz, Qarabağ mövzusu daha böyük məsələdir və Qarabağ mövzusuna həsr edilmiş “Xəcalət” tamaşası hazırda teatrın repertuarında gedir. O tamaşanı əvvəllər Belqrad, Moldova və Ukraynada da oynamışıq. Xarici ölkələrdəki tamaşaçıların bizim tamaşaya olan reaksiyaları məni çox heyrətləndirdi. Tamaşanın sonunda ukraynalı gənclər də bizimlə bir yerdə göz yaşı axıdırdılar. O mənada, bu iş böyük hərəkata çevrilməlidir ki, vətənpərvərlik mövzuda tamaşalar qoyun, filmlər çəkin. Bu cür ayrı-ayrı təşəbbüslər var, amma təbliğata çevrilməlidir. Vaxtilə mənim sırf Qarabağ mövzusunda “Hələ sevirəm deməmişlər” adlı bir yazım da vardı. Onu da deyim ki, “Xəcalət” bizim teatrda Xocalı soyqırımı ərəfəsində iki dəfə oynanıldı və başqa vaxtlarda da oynanılır. Ağrımızı, qan yaddaşımızı tez-tez yada salmalıyıq”.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov teatrın repertuarında hər zaman vətənpərvərlik mövzusunda tamaşaların hazırlandığını qeyd etdi: “Bu il başlayandan vətənpərvərlik mövzusunda iki tamaşa, Hüseynbala Mirələmovun “Vicdanın hökmü”, uşaqlar üçün isə “Masqalı düşmən”i hazırlamışıq.  Bildirim ki, vətənpərvərlik mövzusunda, Qarabağ hadisələrinə həsr edilmiş, vuruşlarda iştirak edən qəhrəman oğullar və qızlarımız haqqında tamaşalar hazırlayırıq. Vətənpərvərlik tamaşalarda hazırlananda ilk növbədə təkrarçılıqdan uzaq olmaq azımdır. Elə mövzular var ki, onları çox izləyiblər və ancaq sözdə olduğuna görə təsir qüvvəsi tamaşaçıya az olur. Amma tamaşa hazırlanarkən “potetika” bir balaca arxa plana keçəndə, həqiqi insan yaşantısı ilə təqdim edəndə öz təsirini göstərir. Bizdə tamaşa hazırlanarkən tamaşaçı ilə ünsiyyət də qurulur və tamaşçının yaxşı reaksiyasını görürük. Ona görə də fikirləşirəm ki, vətənpərvərlik mövzuda hazırlanan tamaşa “potetika”dan uzaq olsa, əsərin süjet xətti maraqlı, təsirli və aktyor oyunu peşəkar olan zaman tamaşanın təsir qüvvəsi olur”.

 

Rejissor onu da dedi ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün bu tipli tamaşalar hər zaman hazırlanmalıdır: “Vətənpərvərlik mövzusunda hazırlanan tamaşaların xüsusi vaxtı yoxdur və bütün vaxtlarda repertuarda belə tamaşalar olur. Tamaşaçılar tərəfindən də alqışlarla qarşılanır. Gənclər müharibəni görməyiblər və o hadisləri də elə təqdim etmək lazımdır ki, onlar tariximizi yaxşı bilsinlər və tamaşadan nəisə götürsünlər. Bizim teatrda işğal günlərində xüsusi proqramalar, tədbirlər olur. Məsələn, 20 Yanvar faciəsi və Xocalı soqrımı ilə bağlı tamaşalar hazırlayırıq. Vətənpərvərlik mövzusunda olan tamaşalar vaxtından asılı olmayaraq həmişə olmalıdır. Ümumiyyətlə, vətənpərvərlik deyəndə belə başa düşürük ki, orada mütləq müharibə, ana vətən, vətənə sevgi, canından keçmiş qəhrəmanlarımızın sücaiəti göstərilməlidir. Teatrın, tamaşanın əhəmiyyəti gənclərin vətənpərvər böyüməsinə kömək edir. Yəni vətənpərvərlik ana xətt kimi tamaşalardan keçməlidir, istər böyük obrazlarda, istərsə də kiçik obrazlarda. Birbaşa insanlara ünvanlı tamaşalar olmalıdır. Məsələn, Xocalı soyqrımına həsr edilmiş çoxlu tamaşalar hazırlamışıq, o tamaşalar yalnız həmin gün deyil, başqa vaxt da oynanılır».

Teatrşünas Məryəm Əlizadə vurğuladı ki, vətənpərvərlik mövzusunda olan tamaşalar həmişə teatrın repertuarında olan mövzudur: “Mən elə hesab edirəm ki, vətənpərvərlik mövzulu tamaşalar teatrın repertuarda özünə başqa yer tutur və vətənpərvər mövzuda hazırlanmış tamaşalar çoxdur. Amma vətənpərvərlik mövzusunda hazırlanan tamaşalar başda və əbədi olmaldır. Mənə elə gəlir ki, bizim teatrlarımız buna sadiqdir. Vətənpərvərlik mövzusunda hazırlanan tamaşalar tamaşaçılara təsir edə və inadıra bilir. Peşəmlə bağlı teatrlara tez-tez gedirəm və görürəm ki, tamaşaçılarımız teatra qayıdıb. Tamaşaçılarımız da vətənpərvər mövzulu tamaşaları yaxşı qarşılayırlar və ondan təsirlənirlər. Bütün əsərlərin mövzusunda vətənpərvərlik dayanır. Ola bilməz ki, əsər yazan hər hansı yazıçı vətənpərvərlik hissindən məhrum olsun».

 

 

Rəqsanə

 

 

 

Tarix
4 Mart 2015 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin