Ana səhifə
14 Noyabr 2018

Obi Mikel jurnalisti təpiklədi

Nigeriya yığmasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu Con Obi Mikel jurnalisti təpikləyib. Ucnoqta.az bildirir ki, hadisə ötən gün Nigeriya yığmasının məşq prosesində baş verib. Yerli radioşirkətin jurnalisti futbolçudan müsahibə götürmək istəyərkən əks tərəfin zorakılığı ilə qarşılaşıb. Belə ki, O. Mikel jurnalistin qarın nahiyəsinə təpiklə zərbə endirib.

Qeyd edək ki, Nigeriya yığması Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Sudana səfərdə minimal hesabla uduzub. Komanda evdə 3:1 hesabı ilə qalib gəlsə də, yerli KİV yığma üzvlərini və baş məşqçini tənqid atəşinə tutub.

 

Tarix
16 Oktyabr 2014 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin