Ana səhifə
14 Noyabr 2018

Evi sökülən sakinlərə şad xəbər

İstismar müddəti başa çataraq sökülmüş binaların yerində yeniləri tikilir.

 

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev prospektində yeni yaşayış binalarının inşasına başlanılıb. Paytaxtın Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik H.Əliyev küçələrində istismar müddəti başa çatmış yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilir.

 

İstismar müddəti başa çatmış həmin binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binalarının tikintisi aparılır.

 

Xatırladaq ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış daha 8 yaşayış binası sökülüb. Onların yerində  müasir, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli mənzillərdən ibarət dörd 7 mərtəbəli yeni yaşayış binasının inşasına başlanılıb.(Axar.az)

Tarix
16 Oktyabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin