Ana səhifə
20 Sentyabr 2018

“Bu, onların iç üzüdür” - Millət vəkili

Avropa Parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması məsələsinə millət vəkili Çingiz Qənizadə münasibət bildirib. 
 

 

Ucnoqta.az xəbər verir ki,o, açıqlamasında bildirib ki, belə bir qrupun yaradılmasının təşkilatçıları Ermənistanın Avropadakı dostlarıdır: “Avropa parlamentinin bir neçə deputatı da quruma üzv olmaq üçün müraciət edib. Bunlar dünya tərəfindən qəbul olunmuş dəyərləri heç cür qəbul etmək istəmirlər. Bu dəyərlər ərazilərin toxunulmazlığı, işğalçılığın qəbul olunmaması və.s prinsiplərdir. Bu gün Avropa Parlamenti və ölkələri Ukraynada, Donetsk və Luqanskda baş verənlərə görə Rusiya ilə soyuq müharibə apardıqları halda, Azərbaycanın ərazisini işğal etmiş seperatçı rejimlə dostluq qrupu yaradırlar. Bunlar dəyərləri yox, siyasi maraqları önə çəkirlər. Necə ola bilər ki, ərazimizin 20 faizini işğal etmiş bir dövlətlə dostluq qrupu yaratsınlar. Bu AP-nin iç üzüdur. Onların hər biri demokratiya, insan haqları deye-deyə parlamentə gəlib çıxıblar. Mən hesab edirəm ki, rəsmilərimiz, ictimaiyyət buna kəskin formada qınağını ifadə etməlidir”. (Qafqazinfo.az)

 

Tarix
16 Oktyabr 2014 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin