Ana səhifə
20 Sentyabr 2018

“Eurovision”a Azərbaycan təmsilçisinin seçilməsi qaydası dəyişib

Azərbaycanın İctimai Televiziyası 60-cı “Eurovision” Mahnı Müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.



Ucnoqta.az xəbər verir ki, anspress-in İctimai Televiziyanın saytına istinadən verdiyi məlumata görə, yayımçı televiziya hazırda may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.

Bildirilib ki, milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, “Youtube” linki və beş ədəd fotonu təqdim etməlidirlər.

Azad bəstəkarlar mahnıların audio versiyası, sözləri və özləri haqqında məlumatları təqdim etməlidirlər. Mahnılarını təqdim etmək istəyənlərə milli zəmində hər hansı bir məhdudiyyət qoyulmur. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini [email protected] email ünvanına göndərə bilərlər. 

Müraciət üçün ərizələrin qəbulu martın 6-dək davam etdiriləcək.

Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq. 

Tarix
3 Mart 2015 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin