FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan muş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Volkova Raya Vasilyevnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Eləcə də güclü yağışlar nəticəsində Balakən rayonunun Kortala kəndində həyətyanı sahələrə dolmuş su Nazirliyin müvafiq qüvvələri tərəfindən kənarlaşdırılıb.

Tarix
26 Sentyabr 2021 [12:20]
Müəllif
Üç nöqtə
2021-09-26 12:20:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin