Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız bu şəxslər buraxılacaq

18:20 - 24 Sentyabr 2021 - Xəbər

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilib ki, müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.

 

Xəbər xətti