Ana səhifə
21 İyun 2018

Azərbaycanlı iş adamının adı çirkli pulları yumaqda hallandı

Prokurorun sözlərinə görə, araşdırmanın hazırki mərhələsində vergidən yayınma və pulların yuyulmasından dəyən zərər 290 milyon dollar kimi qiymətləndirilir 
 

 

Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl” neft şirkətinin Rumıniyadakı ofislərində axtarış aparılıb. 

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, prokuror, polis və gömrük əməkdaşlarının iştirakı ilə aparılan axtarış vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması ilə bağlı başladılan araşdırma çərçivəsində baş verib. Prokurorun sözlərinə görə, araşdırmanın hazırki mərhələsində vergidən yayınma və pulların yuyulmasından dəyən zərər 290 milyon dollar kimi qiymətləndirilir. 

“Lukoyl”un nümayəndəsi də Rumıniya ofislərindəki axtarışı təsdiqləyib. O bildirib ki, axtarış nəticəsində tələb edilən sənədlər götürülüb. 

Analitikləri isə bildirirlər ki, əgər fakt təsdiqini taparsa belə bu, şirkətin Ruminayadakı fəaliyyətini dayandırması anlamına gəlməyəcək.

 

Tarix
3 Oktyabr 2014 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin