Emin Ağalarov bu restorana 1 milyon dollar xərclədi

13:02 - 24 Sentyabr 2021 - MAQAZİN

Xalq artisti Emin Ağalarov yeni biznesi üçün 1 milyon dollar (1,7 milyon manat) vəsait sərf edib.

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni restoranı bu ilin sonunda açılacaq. Məkan Moskvada yeni alış-veriş mərkəzində yerləşir.
Emin bildirib ki, restoranda çin mətbəxi yer alacaq. İfaçı restoranın investorunun özü olduğunu söyləyib. O, məkan üçün qoyduğu investiyaya restoranın yerləşdiyi ərazinin, dekorun və qab-qacağın daxil olduğunu söyləyib.

Qeyd edək ki, Eminin nümayəndəsi onun ümumilikdə 50-yə yaxın restoranı olduğunu deyib.

Xəbər xətti