Ana səhifə
19 Sentyabr 2018

Nazirin işdən çıxardığı qadın Cahangir Əsgərovun baldızıdır

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik. 

Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı müvafiq əmrlə respublikanın Faizə Əliyeva adı çəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib.

Ucnoqta.az” modern.az-a istinadən xəbər verir ki, Faizə Əliyevaın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib. 


Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi dövlət klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər. Hələlik həmin vəzifəyə yeni baş həkim təyinatı olmayıb.



Oqtay Şirəliyev

Rəsmi məlumatda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən pensiya yaşı çatdığına görə azad edildiyi bildirilən Faizə Əliyeva barədə saytımıza daha bir neçə məlumat daxil olub. Məlumatlara görə, Faizə Əliyeva çoxdandır səhiyyə naziri Oqtay Şirəliyevlə konfliktdəymiş. Ancaq bunun səbəbi açıqlanmır.

Faizə Əliyeva “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun baldızıdır

.

Cahangir Əsgərov

Xatırladaq ki, AZAL şefinin xanımı Zərifə Həmzəyeva Azərbaycanda məşhur iş adamı kimi tanınır. Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir. “Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət iki yüz addan çox məhsul istehsal edir.


Zərifə Həmzəyeva
 

 

Tarix
16 Oktyabr 2014 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin