"ABŞ-da koronavirus daha əvvəl yayılıb" - Çin alimləri

00:08 - 23 Sentyabr 2021 - DÜNYA

Çin alimləri ABŞ-da koronavirusun Uhandan daha əvvəl yayılması barədə yeni versiya irəli sürüblər.

Bu barədə "ChinaXiv" elmi portalında dərc olunan araşdırmada bildirilir.

Tədqiqat zamanı təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı haqqında statistik məlumatlardan istifadə edilib.

"İlk yoluxma hadisəsinin tarixini təyin etmək üçün ABŞ-dan seçilmiş 12 nümayəndədən alınan məlumatların təhlili zamanı yeni versiya ortaya çıxıb. Versiyaya görə, ilk yoluxma ehtimalı 2019-cu ilin avqust və oktyabr ayları arasında meydana gəlib. Bu, rəsmi olaraq elan edilən tarixdən daha əvvəldir", - araşdırmada deyilir.

Qeyd edək ki, ABŞ-da ilk təsdiqlənmiş yoluxma halı 2020-ci ilin yanvarın 20-i göstərilir. Alimlərin apardığı təhlillər isə bu tarixin 2019-cu ilin sentyabrı olduğunu göstərir.///report

Xəbər xətti