Yevlaxda 25 yaşlı qadını avtomobil vurub

17:00 - 22 Sentyabr 2021 - HADİSƏ

Yevlax rayonunda qadın piyadanı avtomobil vurub.

Şəhər ərazisində "VAZ-2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1996-cı il təvəllüdlü Əfsanə Mehdiyevanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti