Ana səhifə
23 Sentyabr 2018

Azərbaycanda 4 piyadanı maşın vurub: 2 ölü, 2 yaralı

Qadınları vuran naməlum avtomobillər və sürücüləri axtarılır

 

 

Ötən gün respublika avtomobil yollarında 4 piyadanı maşın vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 15-də paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Səltənət Şirinova və Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəsəbə sakini Samirə İmanova vurulub. Hər iki piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Qadınları vuran naməlum avtomobillər və sürücüləri axtarılır.

Dünən Şəmkir rayonuda da piyada vurulub. Müəyyən edilməmiş avtomobil yolu keçən Gədəbəy rayon sakini Həşim Məsimov vurub. H.Məsimov hadisə yerində keçinib.

Oxşar hadisə dünən Abşeron rayonunun Masazır qəsəbəsində də qeydə alınıb. Qəsəbə sakini Aqşin Paşşanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Balaəhməd İslamovu vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd olunan faktlarla bağlı cinayət işi açılıb.

Tarix
16 Oktyabr 2014 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin