Rusiyada Universitetə SİLAHLI HÜCUM - Ölən və yaralananlar var – VİDEO

11:45 - 20 Sentyabr 2021 - HADİSƏ

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Ucnoqta.az xəbər verir ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Videoda gənclərin binanın pəncərələrindən tullanaraq qaçmağa çalışdığı görünür, arxada isə silah səsləri eşidilir.

Son məlumata görə, Perm Dövlət Universitetinə hücum nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Silahlı şəxs artıq saxlanılıb. Hücum edənin 18 yaşlı tələbə Timur Bekmansurov olduğu məlum olub.

Xəbər xətti