Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

10:16 - 17 Sentyabr 2021 - DÜNYA

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər.

Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür.

Beləliklə, oktyabrın 15-dən sonra COVID-19 pasportu olmayan şəxslər işdən kənarlaşdırılacaq.  Pasportun mövcudluğuna işəgötürən nəzarət etməlidir.

İtaliya hökumətinin məlumatına görə, bu tədbirlər ölkənin 23 milyon əhalisinə təsir edəcək.  Hazırda 12 yaşdan yuxarı italyanların, təxminən, 75 faizi vaksinasiyadan keçib.

Xatırladaq ki, ABŞ-da da peyvənd olunmayanlar işdən çıxarılmaqla hədələnir.  Ən böyük investisiya bankı “Goldman Sachs” isə peyvəndsiz işçilərin və müştərilərin ofisə buraxılmayacağını elan edib.///oxu.az

Xəbər xətti