İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb

18:40 - 16 Sentyabr 2021 - DÜNYA

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb, 18 021 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 116 072 nəfərə, yoluxanların sayı isə 5 378 408 nəfərə çatıb. Virus daşıyıcılarından 6 981 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 682 704 nəfər koronavirusdan sağalıb, 30,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 40,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 27 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13,3 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.

Xəbər xətti