Ana səhifə
19 Noyabr 2018

Sumqayıt investorlar üçün cəlbedici şəhərə çevrilib

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Bu məqsədlə daha bir dövlət proqrammı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Artıq bu proqramın təsdiqindən bir il keçib. Proqramm çərçivəsində görülən işlər çox uğurludur. Bunu Sumqayıt şəhərinin timsalında da aydın görmək olar. Həm iqtisadi, həm də sosial sahədə görülən işlər bunu daha aydın göstərir.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondun vəsaitləri hesabına şəhərdə 44 layihə üzrə işlərə başlanılıb və ilkin olaraq 30,5 milyon vəsait ayrılıb. Bu layihələrin icrasından 560 yeni iş yeri yaradılıb. 2014-cü ildə 1719 hüquqi, 8769 fiziki şəxs fəaliyyət göstərib. İl ərzində 1312 fiziki şəxs qeydiyyata alınıb və 366 yeni müəssisə açılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilib. Sənaye ili çərçivəsində istifadəyə verilmiş kağız və karton istehsalı kombinatında 150 nəfərlik, Yağ və qida sənayesi fabrikində 250 nəfərlik və Mis emalı zavodunda 100 nəfərlik daimi iş yeri yaradılıb.

Sumqayıt Texnologiyalar Parkında Kabel qülləsi, Sendviç panelləri istehsalı zavodu, Silindr istehsalı zavodu, Vaqon istehsalı zavodu və kanalizasiya boruları istehsalı zavodunda inşaat işləri davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlar ilə danışıqlar, həmçinin parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.

2014-cü il ərzində şəhər ərazisində yeni tikiş fabriki - “Alyans Tekstil” MMC və müasir beton məmulatları istehsalı zavodu inşa edilib. Ümumi sahəsi 4600 kvadratmetr olan tikiş fabrikinin 2 əsas istehsal və 4 köməkçi sexi vardır. Fabrik illik 100 min dəst müxtəlif işçi geyimləri (gödəkçələr, kombinezonlar, kostyum və dəstlər) istehsal etmək gücünə malikdir. Fabrikin əsas xammalı olan parça “Gilan Tekstil Parkı”ndan alınır. Layihələrin icrası nəticəsində fabrikdə 185 nəfərlik yeni iş yeri yaradılıb.

Hesabat dövründə İntertekstil MMC-də yeni istehsal sahələri: xalça, tikiş və yataq dəsti istehsalı sahələri işə salınıb. Burada hamısı sumqayıtlı olmaqla 300-dən yuxarı qadın işlə təmin olunub. Orta əməkhaqqı 250-350 manatdır.

Qeyd olunan müəssisələrlə bərabər bir çox yeni obyektlərin tikintisi davam etdirilib. Bunlardan Gilan-Texstil Parkında 5 yeni istehsal sahəsini, AzGünTex MMC-də istehsal gücü 2,8 meqavat olan Günəş Elektrik Stansiyasının tikintisini, AzərSun Sənaye Parkında-tara istehsalını, Sumqayıt Texnologiyalar Parkında iri qabaritli yüklərin qəbulu və daşınması üçün “Liman” körpüsünü və 12-ci mikrorayonda müasir Azərtürk Medikal tibb klinikasının tikintisini və s. müəssisələri göstərmək olar.

Heydər Əliyev parkı ərazisində aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri, Nəsimi adına İstirahət və Mədəniyyət parkında yeni fəvvarənin və 350 yerlik “Yaşıl teatr”ın tikintisi, Görüş körpüsünün yenidən qurulması, N.Nərimanov küçəsinin xiyaban hissəsində, Bakı, 20 Yanvar, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun küçələrində abadlıq və yenidənqurma, qazon salınması işləri və Heydər Əliyev prospekti, 4-cü mikrorayon 4/64 və 5/64 nömrəli yaşayış binalarının fasad və dam örtüklərinin müasir tələblərə uyğun şəkildə yenidənqurulması, 5-ci mikrorayon və N.Nərimanov küçəsində bir sıra yaşayış binalarının fasad və dam örtüklərinin təmiri başa çatıb. Şəhərin 4-cü mikrorayon ərazisində 30/80 və 30a/80 nömrəli, 3-cü mikrorayon ərazisində 2/58 və 3/58 nömrəli, 36-cı məhəllə Sülh küçəsi boyunca yerləşən yaşayış binalarının fasad və dam örtüklərində əsaslı təmir işləri davam etməkdədir. Şəhərin 34-cü və 36-cı məhəllələri abadlaşdırılaraq nümunəvi məhəllə yaradılmışdır. 36-cı məhəllədə 6 bina müasir formada metal keramikadan istifadə etməklə üzlənir. Cari ildə H.Əliyev prospekti boyu 2-ci mikrorayon və 45-ci məhəllədəki yaşayış binalarının fasadı əsaslı təmir olunacaqdır.

Şəhərimizin dinamik inkişafı, əhalinin sayının artması, onun alıcılıq qabiliyyətinin yüksəlməsi, yeni müəssisələrin yaradılması Sumqayıta investorların marağını daha da artırıb. Uzun müddət tikinti sektoru durğun vəziyyətdə olduğu halda, hazırda 17,19-cu məhəllələrdə, 1,6,9 və sair mikrorayonlarda hündürmrtəbəli yaşayış binaları, Sülh küçəsi şəhərin girişində müasir yaşayış kompleksi, ticarət obyektləri, ofislər tikilir. Bu gün ən müasir, bahalı layihələrin həyata keçirilməsi üçün çoxlu sayda təkliflər daxil olmaqdadır. Şəhərin investorlar üçün cəlbedici şəhərə çevrilib.

Şəhərdə ekoloji durumun yaxşılaşdırılması məqsədilə 100 mindən çox ağac və kol əkilib, 30,0 min kvadratmetrdən çox əraziyə qazon salınıb. Atmosferə buraxılan zəhərli maddələrin qarşısını almaq üçün texnologiya təkmilləşdirilib, istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi, basdırılması işləri daim diqqət mərkəzində olub.

Şəhər əhalisinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra əhəmiyyətli işlər görülüb, ümimilikdə 223 kabel elektrik verilişi xətti təmir edilib, 436 mufta quraşdırılıb. Transformator məntəqələrində cari təmir işləri aparılıb, 4 transformator yenisi ilə əvəz edilərək güc artımı edilib, 2 köhnə transformator yenisi ilə əvəz edilib, 3 transformator əsaslı təmir edilmiş, Şirvan yaşayış massivində yeni yarımstansiya quraşdırılıb. Həmin ərazidə işıq problemi tam həll olunub.

Şəhər ərazisində ümumilikdə 3,2 kilometr su xətti yenisi ilə əvəz edilib, 82 siyirtmə dəyişdirilib. Kanalizasiya şəbəkələri üzrə 600 metr xəttdə yenidənqurma işləri görülüb. 192 binanın zirzəmisində sıradan çıxmış 500 metr müxtəlif diametrli polad və polietilen boru su xətti, 78 binanın zirzəmisində 490 metr kanalizasiya xətti yenisi ilə əvəz edilib. 2-ci, 8-ci mikrorayon, Corat qəsəbəsi 2-ci məhəllə ərazisində və “Şirvan” yaşayış massivinin su təchizatının tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Nizami küçəsindən Heydər Əliyev prospektinə qədər 20 Yanvar küçəsi boyu uzunluğu 400 metr, Sarıqaya ərazisindən Sahil küçəsi boyu və dəniz kənarı uzunluğu 11 kilometr olan “Təmizləyici Qurğular” sexinə qədər yeni kanalizasiya xətti çəkilib.

(ardı var)

Tarix
2 Mart 2015 [23:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin