Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Məhkəmə tanışını öldürən qadına hökm oxudu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qətl törətməkdə təqsirləndirilən Nərmin Mehralıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Ucnoqta.az xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il noyabrın 10-da Bərdə rayonunun Mollalı kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Mehralıyevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Tarix
14 Sentyabr 2021 [11:29]
Müəllif
Üç nöqtə
2021-09-14 11:29:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin