"Velosiped oğurlamağa getmişdim" - Ulduz futbolçu

17:30 - 12 Sentyabr 2021 - MARAQLI

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç uşaqlıq xatirələrindən danışıb.

O, balaca olarkən velosipedinin oğurlandığını və buna çox məyus olduğunu deyib:

"Mənim ən çox sevdiyim velosipedim oğurlandı və geri qaytara bilmədim. Çox pis olmuşdum. Velosipedimi oğurlayan şəxsi indi görsəydim nə edərdim? Ona yeni velosiped alardım və sevdiyimi velosipedimi özümə qaytarardım. Gənc idim, axmaq dövrlərim idi. Yaşamaq üçün hər şeyi etdim. Lazım olan çatmaq üçün velosipedə ehtiyacım var idi. Çətin həyat vəziyyətimin öhdəsindən gəlmək üçün velosiped oğurluğuna getdim. Ən çox sevdiyim velosiped oğurlananda belə mən başqalarından velosiped oğurlamağı dayandırmadım. İstəmədim, amma imtina edə bilmədim. Yaşamaq məsələsi idi. Müsbət bir şey olmasa da, bunu edirdim".

Xəbər xətti