Ana səhifə
16 Noyabr 2018

"Rüşvət verib ehsan süfrəsi açırlar"

"Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür" 

 

“Azərbaycanda bəzi dövlət qurumlarının nümayəndələri yas mərasimlərinə gedərək rüşvət alıb ehsan süfrəsinin açılmasına göz yumurlar”. 

 

Ucnoqta.az xəbər verir ki, bunu movqe.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, ona bu günlərdə belə bir məlumat verilib ki, dövlət qurumlarından birinin səlahiyyətliləri  ehsan süfrəsinin açıldığı yas mərasimlərindən birinə gedərək rüşvət alıblar: “Məlumata görə, onlara ehsan süfrəsinin verilməsinə şərait yaratdıqlarına görə 200 manat məbləğində rüşvət verilib. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasına çox təəssüf ki, vətəndaşlar əlavə xərcə düşməklə olsa belə, rüşvət verərək şərait yaradırlar. Yas mərasimlərində dəbdəbəli ehsan süfrəsinin açılmasında çadır mafiyasının rolu böyükdür. Onlar bu kampaniyanın dayandırılması üçün əməlli-başlı mübarizə aparırlar”. 

 

Tarix
16 Oktyabr 2014 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin