Ana səhifə
22 Sentyabr 2018

Allahşükü Paşazadə Fələstinə dəvət olundu

Ucnoqta.az” bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə dünən öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, QMİ sədri Azərbaycanla Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, son illərdə bu sahədə çox mühüm addımlar atıldığını söyləyib.

Allahşükür Paşazadə bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Fələstinin  haqq işini müdafiə edib və bu mənəvi dəstək bundan sonra da davam edəcək. QMİ sədri ölkəmizin ərazi bütövlüyü məsələsində Fələstinin tutduğu mövqeyi yüksək qiymətləndirib, səmimi salamlarını Fələstin prezidenti Mahmud Abbasa və bütün Fələstin xalqına çatdırmağı xahiş edib.

Fələstin xarici işlər naziri isə deyib ki, Azərbaycan Fələstinə həm humanitar yardım göstərir, həm də ölkəsini beynəlxalq təşkilatlarda daim müdafiə edir. Onun sözlərinə görə, hər iki dost ölkə müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verir və bu münasibətlər inkişaf etməkdədir. R. əl-Məliki QMİ sədrinin Azərbaycan və Fələstin xalqları arasında münasibətlərin inkişafındakı xidmətlərinin ölkəsində yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. O, prezident Mahmud Abbasın adından Şeyxülislam Allahşükür Paşazadəni Fələstinə səfərə dəvət edib.

Tarix
16 Oktyabr 2014 [20:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin