Azərbaycan avtodilerlərinin satışları kəskin artıb

18:04 - 2 Sentyabr 2021 - AVTO

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı ixtisaslaşdırılmış avtomobil mağazaları (avtomobil dilerləri) pərakəndə ticarət şəbəkəsində 104 milyon 705 min manat dəyərində avtonəqliyyat vasitələri satıb.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur.

Qeyd edək ki, təkcə cari ilin II rübündə sözügedən avtodilerlər 60 milyon 625 min manatlıq avtomobil satıblar. Bu da I rüblə müqayisədə 37,5%, ötən ilin eyni rübü ilə müqayisədə isə 81,7% çoxdur.///apa

Xəbər xətti