Gülbahar Şükürlü koronavirusa yoluxdu

19:32 - 1 Sentyabr 2021 - MAQAZİN

Əməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub.

Ucnoqta.az bildirir ki, bu haqda qarmon ifaçısı özü açıqlama verib. Onun sözlərinə görə, bir neçə gündür hərarəti var, özünü pis hiss edir:

"Üç-dörd gündür narahatam. Dünəndən hərarətim qalxıb. Çox da ağır keçirtmirəm. Müalicələrimə başlamışam. Hələ ki evdə müalicəm davam edir".

Musiqiçi bildirib ki, səhhəti ilə bağlı peyvənd vurdura bilməyib:

"Bilirsiniz ki, başımdan əməliyyat olunmuşam. Onla bağlı müalicə alırdım. Ona görə də vaksin hələ vurdurmağa icazə verilmirdi".///axşam.az

Xəbər xətti