Ana səhifə
21 Sentyabr 2018

Regional təhsil idarələri təxirə düşdü - Pul çatmadı

Azərbaycanın regionlarında Təhsil Nazirliyinin regional idarələrinin yaradılması təxirə salınır. Ucnoqta.azbildirir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandılması mərasimində deyib.

Onun sözlərinə görə, regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması nəzərdə tutulurdu. Ancaq gələn ilin dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb.

Nazir qeyd edib ki, növbəti ildə də bu il tətbiq edilən sistem fəaliyyət göstərəcək.

M.Cabbarovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək: "Yerlərdəki təhsil şöbələrinin tabeliyində olan məktəblərin idarə edilməsi ilə bağlı Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətləri indi həyata keçirilən şəkildə davam etdiriləcək”.

 

Tarix
16 Oktyabr 2014 [15:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin