Ana səhifə
18 Noyabr 2018

Maaşda dəyişiklik olacaq

Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.

 

 

Onun sözlərinə görə, Bakıda, demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak ediblər: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".

 

 

Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır" (trend).

 

Tarix
16 Oktyabr 2014 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin