Ana səhifə
25 Sentyabr 2018

Türkiyə futbolunda İŞİD qalmaqalı

Türkiyənin üçüncü liqasında yarışan İstanbulun "Sarıyer" komandasının baş məşqçisi Turhan Özyazanlar klubun azarkeşləri tərəfindən döyülüb.

Ucnoqta.az xəbər verir ki, buna səbəb baş məşqçinin azarkeşlərin "Sarıyer"in qapıçısı Erdal Elgörmüşü komandadan qovmaq tələbinə məhəl qoymaması olub.

Belə ki, azarkeşlər qapıçının sosial şəbəkələrdə "İslam Dövləti" terror təşkilatının əlyehinə, Suriyanın Kobani şəhərinin kürd əhalisinin isə lehinə fikirlər bildirməsinə mənfi münasibət göstəriblər. Buna görə azarkeşlər klub rəhbərliyindən və baş məşqçidən əslən Diyarbəkirli olan qapıçını qovmağı tələb ediblər.

Xəstəxanaya yerləşdirilən T.Özyazanlar bildirib: "Ölkəmizdə belə şeylərin baş verməsinə görə utanıram. İnsanlar siyasi baxışlarından asılı olmayaraq bir-birinə hörmət etməlidirlər".

 

Tarix
16 Oktyabr 2014 [20:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin