Ana səhifə
14 Noyabr 2018

Sumqayıt inkişaf yolunda

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi bu sahəyə investisiya qoyuluşunu sürətləndirib

 

 

 

 

“Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olub”.  Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur:  “Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir”.

Ötən il də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olub. Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib. 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Ümumilikdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb  Bu uğurların  əldə olunmasında Sumqayıt şəhərinin öz payı var. « Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir”.,- nazir deyib.

 Sumqayıt şəhəri digər sahələr də də uğurlara imza atıb. Yeni, müasir istehsalat sahələrinin yaradılması, şəhərin yüksək səviyyədə abadlaşdırılması, burada yaşayan insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş layihələr məhz ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycanın yüksək inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında yüksək artım tempinə imkan yaradıb. 2014-cü ildə şəhər üzrə ümumi daxili məhsul istehsalı 780 milyon manat olub, əvvəlki illə müqayisədə artım 9 faiz təşkil edib. Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi cənab Prezidentin sosial-inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq  Sumqayıtda qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Prezidentin təşəbbüsü ilə Sumqayıtda Cənubi Qafqazın ən iri Texnologiyalar Parklarının yaradılması məhz bu diqqətin nəticəsidir.

Şəhərin sənaye müəssisələrində məhsul istehsalı 18 faiz artaraq 460 milyon manat təşkil edib. Sənayenin ayrı-ayrı sahələri üzrə də uğurlar əldə olunub. Kimya sahəsində artım 31,6 faiz, yüngül sənayedə 25,0 faiz, yeyinti sənayesində 73,4 faiz olub. Eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 480 manat səviyyəsinə çatdırılıb., bu da ötən illə müqayisədə 6,7 faiz çox deməkdir. Məhsulun 95 faizi istehlakçılara göndərilmişdir. Sənaye kompeksində işləyənlərin sayı 3,0 mindən çox artaraq 18,0 min nəfərə çatıb..

Sumqayıt şəhərində məşğulluq strategiyasının reallaşdırılması, sakinlərin işlə təmin olunması da xüsusi diqqətdə saxlanılıb. Həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də sosial problemlərin aradan qaldırılması yolu ilə rayon sakinlərinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib. Şəhər rəhbərliyi iş yerlərinin açılması prosesinə şərait yaratmağa, əhalinin faydalı məşğulluğunun təmini məsələsini bu və digər hüquqi əsasda stimullaşdırmağa çalışır. İl ərzində yeni müəssisələrin yaradılması, mövcud müəsisəlrin genişləndirilməsi və bərpası nəticəsində 7343 yeni iş yeri açılıb. Bu da ötən illə müqayisədə 37,7 faiz çoxdur. Son 10 ildə şəhərdə 58509 yeni iş yeri açılıb.

Şəhərin sürətli inkişafını təmin edən başlıca şərtlərdən biri də investisiya qoyuluşudur. Azərbaycanın hər il artan maliyyə imkanları  Sumqayıt şəhərinə yatırılan investisiyanın həcminin artmasına səbəb olub. Xüsusi vurğulamaq lazımdır ki, son illərdə ölkəmizin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş ümumi investisiyaların strukturunda əhəmiyyətli dəyişiklik baş verib. Valyuta ehtiyatları indi imkan verir ki, iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini öz gücümüzlə icra edə bilək. Çünki bu gün əvvəlki illərdə olduğu kimi xarici investisiyalardan asılılığımız yoxdur. İl ərzində şəhər iqtisadiyytına qoyulan investisiyanın həcmi kifayət qədər artıb. İl ərzində bütün mənbələr hesabına əsas kapitala 150,0 milyon manat vəsait qoyulub. 2013-cü ilə nisbətən 8,0 milyon manat çox olub. Artım tempi 6,0 faiz olub. Bu, 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. On ildə bu göstərici bir milyard 245 milyon manta təşkil edib.

Son illər şəhərin tikinti kompleksində olan canlanma ilin yekununa da öz təsirini göstərib. Hesabat dövründə 100,0 milyon manatdan artıq tikinti-quraşdırma işləri aparılıb. Artım tempi 11 faiz olub.

Əhalinin real həyat səviyyəsini əks etdirən əsas göstəricilərdən biri olan pərakəndə ticarət dövrüyyəsi üzrə 609,0 milyon manatdan çox xidmət göstərilib, artım tempi 14,4 faiz olub.

Şəhərin dinamik inkişafı əhalinin sayının da artmasına müsbət təsir edib. İl ərzində əhalinin sayı 7,0 min nəfərdən çox artaraq 333,0 min nəfər olub. Minik maşınlarının sayı 10,0 min ədəd artıb.

Əhalinin qazla, içmıli su və elektrik enerjisi ilə təminatında da uğurlar əldə olunub. İstilik təchizatının yaxşılaşdırılması məsələləri bunlarla paralel şəkildə aparılib. Artıq vaxtilə istiliyi kəsilmiş evlər, bütün məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri istiliklə təchiz edilib. Bu, həm ucuz enerjidir, həm elektrik enerjisinə qənaətdir, həm də insanların maddi rifahına dəstəkdir. Həmçinin, Sumqayıt şəhəri qaz və su ilə vasiləsiz təmin olunur

 

Tarix
27 Fevral 2015 [14:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin