Ana səhifə
16 Noyabr 2018

«Reytinq yığmaq xatirinə əxlaqsız işlərə qol qoymaq olmaz»

Rövşən İsax: «Guya biz yaxşı mesajlar göndərəndə yeniyetmələr ona qulaq asırlarmı?

 

 

 

 

Ötən yazımızda media ekpertləri filmlərdə və seriallarda siqaret və içki səhnələrinin yeniyetmələrə mənfi təsir etdiyini və belə səhnələrin müəyyən saatlarda efirdə yayımlanmamsını bildirdilər. Bəs, serial çəkən rejissorlar gənclərə mənfi təsir göstərəcək bu kimi halları nəzərə alırlarmı? Bu barədə “Üç nöqtə”yə danışan “Pərvanələrin rəqsi” serialının rejissoru Rövşən İsax bildirdi ki, filmlərdə, seriallarda siqaret və içki səhnələri olmasa, daha yaxşı olar: “Çox vaxt seriallarda, bədii filmlərdə, əsasən də türk kanallarında siqaret, içki səhnələri göstərilmir. Düşünürəm ki, siqaretin üstü bağlananda daha çox izləyicinin diqqətini çəkir və fikrini o kadra yönəldir. Normalda hansısa bir aktyor siqaret çəkirsə, o qədər də fikir vermirik. Siqaretin və içkinin yeniyetmələrin tərbiyəsinə pis təsir etdiyinə gəlincə, vallah, bilmirəm nə deyim. Amma fikirləşirəm ki, guya biz yaxşı mesajlar göndərəndə yeniyetmələr ona qulaq asırlarmı? Türk aktyoru Cem Yılmaz parodiyalarında və çıxışlarında qeyri-etik sözlər işlədir. O bir monoloqunda deyir ki, “bir dəfə bir kişi küçədə mənə yaxınlaşdı və qeyd etdi  ki, mənim oğlum səndən küfür öyrəndi. Mən də dedim ki, uşağın niyə küfürümü yadında saxlayır, film çəkməyi öyrənsin». Ümumilikdə götürsək, filmlərdə, seriallarda siqaret və içki səhnələri olmasa daha yaxşı olar. Amma mən ədəbiyyatın və incəsənətin insanlara ağıl verəcəyinə inanmıram. Biz hansısa kitab oxuyanda müəyyən bir müddət özümüz üçün nəsə götürürük. Hazırda oğrluqların, qətllərin sayı günü-gündən artır, narkomaniya baş alıb gedir, insanlar getdikcə əxlaqsızlaşırlar. Beləliklə, dəhşətli bir hal yaranıb. İncəsənət insanlığı tərbiyə etməkdə acizdir. İçki, siqaret və açıq-saçıq səhnələrin çəkilməsinin qəti şəkildə əleyhinəyəm. Ən azından ona görə ki, özümün üç övladım var».

 

Rejissor onu da qeyd etdi ki, ekran əsərlərində insanlığı, vətənə məhəbbəti təbliğ etmək lazımdır: «Reytinq yığmaq xatirinə əxlaqsız işlərə qol qoymaq olmaz. Seriallarda və filmlərdə yaxşılığı, mədəniyyəti təbliğ etmək lazımdır. Amma bir daha təkrar edirəm ki, nəyisə təbliğ etməklə insanlar tərbiyəli olmayacaqlar. İnsani keyfiyyətlər insanın özündə olmalıdır. Cəlil Məmmədquluzadədən bu yana tənqid edirlər, amma yenə də düzəlmir ki, düzəlmir. Tərifləyəndə və tənqid də edəndə nəticə etibarı ilə düzəlmir. 1960-70-ci illərdə insanların şəkillərinə baxanda onlarla indiki insanların gözlərindəki ifadə fərqlidir. Elə bil ki, insanlıq getdikcə eybəcərlərşir, çirkinləşir, hamının gözündən “cin” tökülür. Çünki səmimiyyət itib. İnformasiya artdıqca insanlıq ucuzlaşır. Onu da deyim ki, cinayət hadisələrinin efirdə yayımlanmasının əleyhinəyəm və televiziyalarda belə informasiyaların verilməsini istəmirəm. Belə cinayət hadisələri bildirmək olmaz, gizlin saxlamaq lazımdır. Bu mənada, senzuranın tərəfdarıyam. İnsanların beynininə batır ki, sən demə, belə hal da var imiş. Bu da ucuz tamaşaçı marağı toplamaqdan ötəridir».

Rövşən İsax deyir ki, Azərbaycanda çəkilən serilları izləmir: «Seriallarda hansı mövzuların olduğundan da xəbərim yoxdur. Zövqümü korlamamaqdan ötəri bizim seriallara baxmıram. Seriallardarımızda ssenarinin nə olduğunu da bilmirəm. Mənim çəkdiyim seriallarda qeyri-etik davranışlara və qəhrəmanlara rast gəlinmir.  Seriallarda ilk növbədə yaxşı və pis xüsusiyyətləri ilə canlı insan görmək istəyirəm. Baxanda inanım ki, belə insan həqiqətən də həyatda var. Şişirdilmiş, cəfəngiyyat, yalançı mənfi qəhrəman görmək istəmirəm. Çəkdiyim ekran əsərlərində canlı - əzab çəkən, düşünən, hissi olan, sevən, nifrət edən, səmimi insan obrazının olmasını istəyirəm. Ona nə qədər nail oluruq və ya olmuruq, onu deyə bilmərəm. Mən qarşıma  heç vaxt belə bir məqsəd qoymamışam ki, indi çəkəcəyim işdə mütləq bu keyfiyyətlərə malik obraz olmalıdır. Ssenari yazılanda, ssenari müəlliflərindən də biri mən oluram. Yazdığım obrazı həyatda tanıdığım kiməsə uyğun yazıram. Bu obraz o adama oxşayır və düşünürəm ki, bu vəziyyətə düşsə hansı addımı ata bilər. Hər yaxşı adlandırdığımız insanın da daxilində pis bir xüsusiyyət, pis bildiyimiz insanın da içində yaxşı xüsusiyyət ola bilər».

 

 

Rəqsanə

Tarix
27 Fevral 2015 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin